Əlavə olaraq, günlük 1$ büdcə ilə ThruPlay kampaniyası aparıram. Bu kampaniya Reels videolarının izlənməsi və marka tanıtımı üçün vacibdir. Toplanan datanı gələcəkdə retarget kampaniyalarında istifadə etməyi planlaşdırıram.
Əlavə: Əməkdaşlığa başladığım ilk aydan etibarən 3 kampaniya hazırlamışdım:
1-ci kampaniya yeni müştərilər üçün hədəf kütləni geniş tutduğum instagram mesaj kampaniyası.
2-ci kampaniya isə lüks müştərilər üçün daha niş auditoriya seçmişdim.
3-cü kampaniya isə Thru Play(günlük 1-2$).
Daha sonra retarget və s. kampaniyası da yaratdım amma istədiyim effekti vermirdi(1 mesaja düşən xərc 0.8-1$ arası idi). İndi isə facebookda ortalama qiymət 0.4$, instagramdan whatsappa yönləndirmə isə 0.55$ -dır.