Malik Valiyev

0 %
Malik Valiyev
Rəqəmsal Marketinq
Meta Ads
  • Ölkə:
    Azərbaycan
  • Şəhər:
    Bakı
  • Yaş:
    23
Az dili
Türk dili
İngilis dili
Sosial Media Marketing
Meta Ads
Google Ads
SEO
WordPress
  • Instagram, Facebook
  • Meta Ads
  • SEO, SEM
  • YouTube Ads

Geyim sahəsi SMM reklam strategiyası!

12/07/2024
Bir neçə aydır geyim sahəsində fəaliyyət göstərən bir marka üçün reklamları idarə edirəm. Əvvəlcə yalnız Instagram platformasında reklam yayımlayırdım. İlk aylarda istədiyim nəticələri alırdım, amma keçən aydan etibarən mesaj reklamlarının xərcləri ani olaraq artdı. Fərqli hədəf kütlələr və kreativləri test etdim – carusel postlar, reels videolar, amma nəticə dəyişmədi.
Dekabr ayından strategiyamı dəyişdim və büdcəni 3 hissəyə böldüm (günlük toplam büdcə 20$):

1️⃣
Facebook mesaj kampaniyası (ABO): Günlük büdcə 3$ ilə başladım, hissə-hissə artıraraq hazırda 6$-a çatdırmışam. Nəticə çox ümidverici oldu – CPM Instagram kampaniyalarından daha yaxşı idi.

2️⃣
Instagram mesaj kampaniyası (ABO): Mesajları birbaşa WhatsApp-a yönləndirdim. Günlük büdcə yenə 3$ idi. Bu kampaniya digər Instagram mesaj kampaniyalarından daha yaxşı nəticə verdi.

3️⃣
CBO mesaj kampaniyası: CBO ilə ABO-ni test etdim və CBO daha yaxşı nəticə verdi. Amma digər iki kampaniyaya nisbətən 1 mesaja düşən xərc təxminən 2 dəfə yüksək oldu. Bu gündən WhatsApp-a yönləndirilən Leads kampaniyasına başladım, nəticələri paylaşmağı planlaşdırıram. (Qeyd: Leads kampaniyasını ABO ilə yayımlayıram.)
Əlavə olaraq, günlük 1$ büdcə ilə ThruPlay kampaniyası aparıram. Bu kampaniya Reels videolarının izlənməsi və marka tanıtımı üçün vacibdir. Toplanan datanı gələcəkdə retarget kampaniyalarında istifadə etməyi planlaşdırıram.

Əlavə: Əməkdaşlığa başladığım ilk aydan etibarən 3 kampaniya hazırlamışdım:

1-ci kampaniya yeni müştərilər üçün hədəf kütləni geniş tutduğum instagram mesaj kampaniyası.

2-ci kampaniya isə lüks müştərilər üçün daha niş auditoriya seçmişdim.

3-cü kampaniya isə Thru Play(günlük 1-2$).

Daha sonra retarget və s. kampaniyası da yaratdım amma istədiyim effekti vermirdi(1 mesaja düşən xərc 0.8-1$ arası idi). İndi isə facebookda ortalama qiymət 0.4$, instagramdan whatsappa yönləndirmə isə 0.55$ -dır.


Posted in Facebook, Instagram, Marketinq, Meta Ads
Write a comment