Meta Reklamları – 2025-ci ildə bizi nələr gözləyir?
02/25/2025
2025-ci ildə Meta reklamlarında bizi nələr gözləyir?
Daha çox kreativ məzmun Kreativlərin keyfiyyəti Məzmunun təbiiliyi
Artıq Meta Advantage+ alqoritmi hədəfləməni özü idarə edə bilir və bizdən tələb olunan əsas keyfiyyətli və yaradıcı kreativlərdir.
Başqa bir məqam isə artan xərclər və rəqabət fonunda loyal müştəri bazası yaratmaq kiçik şirkətlər üçün daha önəmli olacaq.
Daha çox kreativ məzmun
Artan reklam yorğunluğu və rəqabət fonunda artıq daha çox kreativ məzmun yaratmalıyıq – köhnə kontentlərin effektivliyi tez azalır.
Brendinizin simasını seçin.
Reels reklamlarınıza real insan siması əlavə etmək müştərilərinizlə daha səmimi əlaqə qurmağa kömək edir. Məhsulunuzun yaranma hekayəsini paylaşın və ya komandanızın brendinizi xüsusi edən amillər haqqında fikirlərini soruşun.
Kreativlərin keyfiyyəti
Kreativlərin keyfiyyəti ön planda olacaq. Burada yüksək prodakşn yox, müştəri psixologiyasına, arzu və ehiyaclarına uyğun mesaj əsasdır. Sadə telefon çəkilişləri belə, düzgün mesajla effektiv nəticə verir.
İş prosesinizi göstərin.
Müştərilərinizə məhsulun necə hazırlandığını göstərərək onları prosesin içinə daxil edin. Xidmət təklif edirsinizsə, xidmətin müştəriyə təqdim etdiyi faydanı “öncə-sonra” formatında göstərə bilərsiniz.
Məzmunun təbiiliyi
Kontentin təbiiliyi vacibdir. TikTok stilində, daha səmimi və reklam hissi yaratmayan məzmun daha çox insana çatır.
Məhsul və ya xidmətinizi praktik nümayiş etdirin.
Məhsulunuzun real həyatda necə göründüyünü və işlədiyini təqdim edin. Xidmət sahəsidirsə, komandanızın iş prosesini sürətli çəkimlə göstərin. Fiziki məhsul satırsınızsa, məhsulun istifadəsi haqqında video hazırlayın.