Reklam Xərclərinizi Səmərəli İdarə Edin: Müraciətlərinizi Daha Effektiv İzləyin!
12/18/2024
Sosial mediada reklam edirik, müraciətlər gəlir, amma nəticələr heç də həmişə gözlənilən olmur. 🤕
Rəhbərlər düşünür ki, “Müraciət gəlir, amma bizə lazım deyil. Ya qiymətdə razılaşmır, ya da sadəcə məlumat alır. Reklam xərclərim boşa gedir.” 🤨
Bu narazılıqlar həm SMM-lər, həm də şirkət rəhbərləri üçün çox tanışdır. Amma bunun həlli var! 👌
Müraciətlərin daha effektiv idarə olunması üçün vahid platforma təklif edirik. Bu platforma vasitəsilə sosial media reklamlarınızın nəticələrini daha dəqiq izləmək mümkündür:
▪️ Hər müraciətin hansı məhsula aid olduğunu izləmək ▪️ Cavabsız qalan mesajları müəyyənləşdirmək ▪️ Reklam kanallarının effektivliyini ölçmək
AI vasitəsilə mesajların və rəylərin avtomatik cavablandırılmasını təmin etmək mümkündür. AI müştərinin mesajını analiz edir, müraciət etdiyi məhsula uyğun məlumat verir və əlaqə nömrəsi, ad, soyad kimi dataları toplayır. Məlumatları ehtiyacınıza uyğun xüsusiləşdirmək mümkündür! 😉
Bu yanaşma həm rəhbərlərə, həm də SMM-lərə reklam xərclərinin nəticələrini dəqiq analiz etməyə və vaxtında tədbirlər görməyə imkan yaradacaq. Beləliklə, həm müştəri məmnuniyyəti artacaq, həm də reklam büdcəsindən maksimum fayda əldə olunacaq. 👍
Artıq datalarınızı gözünüzün önündə görərək daha strateji qərarlar ala biləcəksiniz. Sosial media gücündən istifadə edin və işinizi asanlaşdırın! 🚀
Bu platformanı sınayın və reklam xərclərinizin daha effektiv nəticələrini görün!