Malik Valiyev

0 %
Malik Valiyev
Rəqəmsal Marketinq
Meta Ads
  • Ölkə:
    Azərbaycan
  • Şəhər:
    Bakı
  • Yaş:
    24
Az dili
Türk dili
İngilis dili
Sosial Media Marketing
0 %
Meta Ads
0 %
Google Ads
0 %
SEO
0 %
WordPress
0 %
  • Instagram, Facebook
  • Meta Ads
  • SEO, SEM
  • YouTube Ads

Satışları 3 dəfə artıran strategiyamız!

01/15/2025

🎯 1 il ərzində sosial mediadan gələn satışlar 344.6% artdı!

Sosial mediada uğurlu olmaq üçün bütün iş prosesləri düzgün şəkildə idarə edilməlidir. Sadəcə büdcəni artırmaq və kampaniyalar həyata keçirmək yetərli deyil. Hər bir mərhələ bir-birinə bağlı olmalıdır. Kreativ məzmundan, düzgün hədəf kütləsinin seçilməsindən başlayaraq, gələn müraciətlərin düzgün cavablanması və yönləndirilməsi, satış təmsilçisinin müştəri ilə effektiv əlaqəsi və ən sonunda müştəriləri loyal istifadəçilərə çevirmək vacibdir. Eyni zamanda, müştəri geridönüş etmirsə, onlarla yenidən əlaqə qurmaq və prosesdəki hər hansı boşluğu tapıb təkmilləşdirmək çox önəmlidir.

Son bir ildə sosial media satışlarını artırmaq üçün bir çox şey etdik:

🔍 Müştərilərin satış mərhələlərini sona qədər izlədik və hər mərhələdə çatışmazlıqları tapıb düzəltdik.

🤝 Komandamızda dəqiq iş bölgüsü etdik – hər kəs öz vəzifəsini aydın bilirdi.

📞 Geridönüş etməyən müştərilər üçün retarget kampaniyalar yaratdıq və əlaqə nömrələri olan müştərilərə yenidən zəng etdik.

🌐 Veb-saytın onlayn müraciət formasını daha sadə və istifadəçi dostu etdik.

💡 Metada 35 kampaniya, 55 ad set, 200 kreativ test etdik və nəticələri təkmilləşdirdik.

📈 Demək olar ki, sadəcə statik postlarla hər ay minlərlə müraciət aldıq (aydın və hədəf kütləyə uyğun CTA).

📊 Hər ay sonunda bütün KPI-ları nəzərdən keçirdik və nəticələrimizi optimallaşdırdıq.

💪 Bütün bu kiçik addımların nəticəsi: sosial mediadan gələn satışlarda 344.6% artım! 🚀

Rashad Nazarli müəllimin dediyi kimi: “İşləyirsə, daha yaxşı işləyə bilər”. Bu prinsiplə hər ay yeni hədəflər qoyduq və daha yaxşı nəticələr əldə etdik.


Posted in Marketinq, Facebook, Instagram, Meta Ads
Write a comment